Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Kriminal / Sabiq millət vəkili arenda haqlarını aşağı saldı, amma…

Sabiq millət vəkili arenda haqlarını aşağı saldı, amma…

Sabiq millət vəkili Nizami İsgəndərov bu günlərdə digər sahibkarlara örnək olacaq addım atıb. Belə ki, iş adamı ona məxsus olan Sumqayıt və Cavid Ticarət Mərkəzlərində piştaxta tipli satış nöqtələrində arenda haqqını aşağı salınıb. Bu barədə Moderator.az-ı etibarlı mənbə məlumatnlandırıb.
Mənbənin sözlərinə görə, iş adamı arenda haqqını nə az nə çox- düz 100 manat aşağı salıb ki, bu da xırda sahibkar və satıcıların sevincinə səbəb olub. Lakin buna baxmayaraq, manatın devalvasiyasından sonra əhalinin onsuz da aşağı olan alıcılıq qabiliyyəti daha da aşağı düşüb ki, bu da arenda qiymətlərinin azaldılmasına baxmayaraq, ticarət mərkəzindəki satış məntəqələrinin boşalmasına səbəb olub.
Mənbənin sözlərinə görə, şəhərdəki digər iri ticarət mərkəzlərində də dükanların bir-birinin ardınca bağlanması prosesi diqqət çəkir. Hansı ki, bu proses xırda sahibkarların sürətlə müflisləşməsi ilə paralel müşahidə olunur.

Həmçinin oxuyun

“Xanımımın yolunu kəsən sürücü oğlumu boğmaq istəyib” – Video

Bakıda sürücülər arasında insident baş verib.  “ Azinforum.az ” xəbər verir ki, Avtosfer.az-a müraciət edən …

Bir cavab yazın