Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Kriminal / Sabiq məmura hökm oxundu – o, adam öldürməyə cəhddə və polisi döyməkdə ittiham edilirdi

Sabiq məmura hökm oxundu – o, adam öldürməyə cəhddə və polisi döyməkdə ittiham edilirdi

Maşın saxlamaq üstündə adam döyən, daha sonra isə polis əməkdaşına xəsarət yetirən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə və polisə xəsarət yetirməkdə təqsirləndirilən Mehtiyev Anar Yusif oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Onun əməli qəsdən adam öldürməyə cəhddən (29.120) qəsdən sağlamlığa ağır zərər vurmaya (126.1) tövsif edilib. Hökmə əsasən Anar Mehtiyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Anar Nəsimi rayonunda aralarında maşın saxlamaq üstündə baş vermiş mübahisə zəminində Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirib. Bu əməlinə görə ona qarşı Cinayət Məcəlləsinin 29.120-cü (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Bununla yanaşı, A.Mehtiyevin şübhəli şəxs qismində tutulduqdan sonra Nəsimi rayon Polis idarəsinin (RPİ) müvəqqəti saxlama yerinə aparılarkən Nəsimi RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri Alıyev Elnur Nurəddin oğlunun üz nahiyəsinə yumruq zərbələri vuraraq ona həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməsi faktına görə Nəsimi rayon prokurorluğunda 23 may 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Bildirək ki, təqsirləndirilən Anar zabit olub, vaxtilə xüsusi dövlət güc strukturlarında çalışıb. Atası sabiq məmur, anası isə həkimdir.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …