Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Kriminal / Sabiq icra başçısının qadın müavini məhkəmə zalında həbs olundu

Sabiq icra başçısının qadın müavini məhkəmə zalında həbs olundu

Neftçala Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Gültəkin Sadıqova məhkəmə zalında həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə Gültəkin Sadıqova 6 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilib.

Qeyd edək ki, ötən ilin fevralında Dövlət Təhlükəsizliyi tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan G.Sadıqova barəsində başqa yerə getməmək iltizam tədbiri seçilmişdi.

O, sabiq icra başçısı İsmayıl Vəliyevin ictimai-siyasi və humanitar məsələlər üzrə müavini olub.

Həmçinin oxuyun

Mehrac Babayevin qalmaqallı xəstəxana tikintisi: məmur rüşvətə görə həbs olundu

Rusiyanın Nijnevartovsk şəhərində “Əsaslı Tikinti İdarəsi” dövlət şirkətinin regional filialının direktoru Aleksandr Makarikov 35 milyon rubl rüşvət almağa görə …