Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Sabiq icra başçısı Səfərov zərəri ödəmək üçün vaxt istədi

Sabiq icra başçısı Səfərov zərəri ödəmək üçün vaxt istədi

Keçmiş icra başçısı hakim qarşısına çıxarılıb. O, dələduzluqda ittiham edilir.

Bakı Ağır Cinayətlər məhkəməsində Münsif Səfərov və Rüstəm Bayramovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Münsif Səfərov zərərçəkmişə dəymiş ziyanın ödənilməsi üçün məhkəmdən vaxt istəyib.

Məhkəmə prosesi qeyri-müəyyən günədək təxirə salınıb.

Bildirək ki, Münsif Səfərov 1992-ci ildə Ağcabədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısıdır.

Sonunci prosesdə prokuror Münsif Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində seçilən qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını, məhkəmə zalında həbs edilməsini istəyib.

Prokuror R.Bayramovun da 8 il müddətinə azadlıqdan məhrum edilməsini çıxışında qeyd edib.

İttihama görə, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan küllü miqdarda pul götürüblər. Həmin şəxslər F.Mənsura 60 min manat ziyan vurublar və hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; küllü miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. R.Bayramovun barəsində həbs qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib və azadlıqdadır. (Musavat.com)

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …