Şənbə , May 28 2022
Ana səhifə / Kriminal / Sabiq icra başçısı 4 il azadlıqdan məhrum edildi

Sabiq icra başçısı 4 il azadlıqdan məhrum edildi

Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov və Razin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı edib. Vəkillər çıxışlarında müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər. M.Mustafayevin vəkili çıxışında hökm qəbul edərkən müvəkkilinin Gəncədə görülən işlərdə mühüm rolu olduğunu həmçinin xəstəliyinin nəzərə alınmaması xahiş edib. Təqsirləndirlilən şəxslər də son sözlərində məhkəmədən bəraət istəyiblər.

Prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslər Məharət Musayev və Əli Rüstəmov 4 il azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirli bilinərək barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Razin Qəhrəmanov isə 10 min manat cərimə edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunublar. Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərini aşma), 178.3.2-ci (dələduzluq), 178.2.4, 178.2.2, 178.2.3-cü, 311.3.1-ci (rüşvət alma), 311.3.1, 311.3.2, 312.2-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə yekun ittiham verilib.

Həmçinin oxuyun

MTN generalı da azadlığa buraxıldı

Ədliyyə Nazirliyinin 9 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 7 məhkuma əfv sərəncamı şamil edilib. Belə ki, …