Bu gün Bakı Apellaysiya Məhkəməsində keçmiş deputat, koronavirus infeksiyasından dünyasını dəyişən Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovla bağlı şikayətə baxılacaq.
Şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub. Nərimanov RPİ-in İstintaq idarəsində onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi başlanılıb.
Aprelin 12-də Nərimanov rayon Məhkəməsi Elşən Cəbrayılov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatını əsassıs sayıb və o, məhkəmə zalından azadlığa buraxılıb.
