Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Sabiq deputat Hacı Qalib Salahzadənin həbsdə olan oğlu haqda yeni xəbər – İş məhkəməyə göndərilir

Sabiq deputat Hacı Qalib Salahzadənin həbsdə olan oğlu haqda yeni xəbər – İş məhkəməyə göndərilir

Sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Vəkil Cavanşir Məmmədov APA-ya bildirib ki, istintaqın yekunlaşması elan edilib. Tərəflər işlə tanış olduqdan sonra iş məhkəməyə göndəriləcək.
Qeyd edək ki, Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.

 

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …