Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Sabiq aparat rəhbəri həbsxanada xəstələnib – Proses qeyri-müəyyən vaxta təxirə düşüb

Sabiq aparat rəhbəri həbsxanada xəstələnib – Proses qeyri-müəyyən vaxta təxirə düşüb

Ali Məhkəmədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun kassasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə iclası təxirə salınıb.
Vəkil Elxan Süleymanlının APA-ya verdiyi məlumata görə, V. Zeyanlov xəstə olduğu üçün iclas baş tutmayıb. Proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, V. Zeynalov Ali Məhkəməyə təqdim etdiyi şikayətdə ailə üzvlərinin bəzi əmlakları üzərinə qoyulan həbsin götürülməsini istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Vidadi Zeynalovun cəzası 4 ilə endirilib. Cəza ilə bağlı kassasiya şikayəti verilməyib.

 

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …