Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Sabahdan yeni pullar dövriyyədə olacaq – FOTO

Sabahdan yeni pullar dövriyyədə olacaq – FOTO

Avropa Mərkəzi Bankı (AMB) yeni 20 avroluq əskinasların sabahdan etibarən dövriyyəyə buraxılacağını açıqlayıb. 

Bankdan verilən yazılı açıqlamada yeni əskinasların çərşənbə günü dövriyyəyə buraxılacağı, əskinasların holoqram lenti üzərində olan və işığa tərəf tutulduğunda şəffaf hala gələn portret pəncərəsi ilə tanınacağı bildirilir.

Bankın idarə heyətinin üzvü Yves Mersç kağız pulların əvvəllər və indi olduğu kimi mühüm bir ödəmə vasitəsi olmağa davam edəcəyini və yeni 20 avroluq əskinasın bazara daxil olmasının buna sübut olduğunu söyləyib. 

Avropanın pul vahidindəki dəyişikliyin 50, 100, 200 və 500 avroluq əskinaslarda da tətbiq olunacağı gözlənilir(Avropa.info).

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın