Ana səhifə / Kriminal / Saatlıda 21 işçi pambıq tarlasında kimyəvi maddədən zəhərlənib – YENİLƏNİB

Saatlıda 21 işçi pambıq tarlasında kimyəvi maddədən zəhərlənib – YENİLƏNİB

Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənən işçilərdən 4-ü Bakıya göndərilib.

“Report” xəbər verir ki, ötən gecə zəhərlənənlərlə bağlı Bakı şəhərindən bir qrup həkim Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub.

Həkimlər xəstəxanada yerləşdirilən xəstələrin vəziyyəti ilə tanış olaraq onlara lazımi tibbi yardımlar göstəriblər. Onların məsləhəti ilə 4 zərərçəkən Bakıya göndərilib.

Qeyd edək ki, ötən gün Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 21 işçi kimyəvi dərmandan zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

****

Saatlıda pambıq tarlasında kütləvi zəhərlənmə baş verib.

APA-nın Mil-Muğan bürosunun məlmatına görə, hadisə rayonun Smada kəndində qeydə alınıb. Tarlada işləyən 23 nəfər kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onların pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə istifadə edilən kimyəvi maddədən zəhərləndikləri bildirilir.

Zəhərlənənlər Sabirabad rayonunun Nəsimi kənd sakinləridir. Rayona Bakı şəhəri Toksikologiya Mərkəzinin həkim briqadası ezam olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …