Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Kriminal / Saakaşviliyə 6 il həbs cəzası verildi

Saakaşviliyə 6 il həbs cəzası verildi

Tbilisi şəhər məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixayil Saakaşvilini parlamentin keçmiş deputatı Valeri Qelaşviliyə qarşı hücumun təşkilində təqsirli bilib və onu qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bundan əvvəl eyni cinayət işi üzrə keçmiş daxili işlər naziri Vano Merabişvili və DİN xüsusi əməliyyat departamentinin rəisi İrakli Kodua müxtəlif həbs cəzaları almışdı.

Xatırladaq ki, V.Qelaşviliyə hücum 2005-ci ildə həyata keçirilib. DİN əməkdaşları keçmiş deputatı Tbilisinin mərkəzində saxlayaraq, onu maşından düşürüb və vəhşicəsinə döyüblər.

İnsidentlə bağlı cinayət işi hakimiyyət dəyişikliyindən sonra 2013-cü ildə yenidən qaldırılıb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …