Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Şəmkirdə ağır qəza, bir ailənin 5 üzvü öldü – Adlar+Yenilənib

Şəmkirdə ağır qəza, bir ailənin 5 üzvü öldü – Adlar+Yenilənib

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan “Vaz-21011″lə “Pajero” markalı avtomobillər toqquşub. İlkin məlumata görə, qəza zamanı “Vaz-21011″də olan bir ailənin 5 üzvü ölüb, 1 nəfər isə ağır yaralanıb. Ölənlərdən ikisinin kişi, ikisinin qadın, birinin isə azyaşlı olduğu bildirilir.

Faklta bağlı araşdırma aparılır.

***

Şəmkirdə baş verən qəzada ölənlərin kimliyi məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, hadisə zamanı Şəmkir sakinləri, Əliyeva Həyat Rəşad qızı (təqribən 1yaş), 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci il təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-ci il təvəllüdlü Orucova Rəsmiyyə Nürəddin qızı vəfat edib. Məlumata görə, Orucov Dilqəmlə Orucov Vüqar qardaş olublar. Orucova Rəsmiyyə Dilqəmin həyat yoldaşı, Nübar qızı, Həyat isə nəvəsi olub. Qəzadan yaralı olaraq xilas olan Rəşad isə ailənin kürəkənidir.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …