Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Səlim Müslümov sakinlərlə görüşdü – FOTOLAR

Səlim Müslümov sakinlərlə görüşdü – FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Goranboy rayonunda bu rayonun, Yevlax və Ağdaş rayonlarının, Mingəçevir və Naftalan şəhərlərinin sakinləri ilə görüşüb.

Axar.az xəbər verir ki, vətəndaşların müraciətləri əsasən imtiyazlı şəxslərin mənzillə təminatı, bərpa müalicəsi xidmətinin göstərilməsi, sığorta və pensiya münasibətləri, məşğulluğun təmin edilməsi, özünüməşğulluq fəaliyyətinin qurulmasının dəstəklənməsi, əmək hüquqlarının müdafiəsi və s. məsələləri əhatə edib.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Səlim Müslümov sakinlərlə görüşdü
Səlim Müslümov sakinlərlə görüşdü

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …

Bir cavab yazın