Ana səhifə / Kriminal / Şəkidə qadın valideyninin qəbri üstündə özünü asmaq istəyib

Şəkidə qadın valideyninin qəbri üstündə özünü asmaq istəyib

Şəkidə 56 yaşlı qadın qəbiristanlıqda valideyninin qəbrinin üstündə özünü asıb, onun həyatını son anda polis xilas edib. Hadisə bu gün axşam saatlarında Şəki şəhəri ərazisindəki qəbiristanlıqda baş verib.

Şəki şəhəri, Sabit Rəhman küçəsi, ev 23 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Gülşad Ələkbər qızı İsgəndərova intihar etmək məqsədi ilə qəbiristanlığa gedərək valideyninin qəbrinin yanındakı dirəkdən intihar etmək məqsədi ilə özünü asıb. 54 yaşlı Gülşad İsgəndərova son anda qurtularaq Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

MRX-dan verilən məlumata görə, Gülşad İsgəndərova travmatik şok vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Hadisə baş verən an qəbiristanlığın yaxınlığından keçən Şəki sakini orada bir nəfərin özünü dirəkdən asdığını görüb və DİN-nin 102 xidmətinə zəng edib.

Əraziyə Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları cəlb edilərək Gülşad İsgəndərovanı son anda xilas edə biliblər. Gülşad İsgəndərovanın üzərindən intihar etmək məqsədini bildirən məktubun çıxdığı bildirilir.

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …