Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / “Səhhətində problemlər olsa da, Salayevi Müalicə Müəssisəsindən çıxardıblar”

“Səhhətində problemlər olsa da, Salayevi Müalicə Müəssisəsindən çıxardıblar”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Zamin Salayevin (Əlizamin Salayev) səhətti ağırlaşıb.
Bu barədə vəkil Nemət Kərimli onunla telefon danışığından sonra Feysbukda yazıb.
“Zamin bəylə danışdım, ayaqları çox şişib, böyrəkləri işləmir, amma, buna baxmayaraq, onu Müalicə Müəssisəsindən çıxardıblar”, – deyə vəkil bildirib.
Penitensiar Xidmətdən onun səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.
Qeyd edək ki, Əlizamin Salayev fevralın 7-də saxlanılıb, ertəsi gün Qaradağ Rayon Məhkəməsi onu həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə (xuliqanlıq – silah və ya silah kimi istifadə olunan əşyaların tətbiqilə zərərçəkmişə qarşı güc tətbiqi) cinayət işi açılıb.
Mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Mayın 30-da məhkəmənin hökmündən apellyasiya şikayəti verilib.
Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 114 gün aclıq edib. İyunun 1-də o, aclığı dayandırıb.

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …