Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Səfirliyin pullarını qumarda xərcləyən attaşeyə hökm oxundu

Səfirliyin pullarını qumarda xərcləyən attaşeyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş 33 yaşlı Nəcib Osmanovun cinayəti işi üzrə məhkəmə prosesi başa çatıb.  

Prosesdə hökm oxunub. Hökmə əsasən, Nəcib Osmanov 6 il azadlıqdan məhrum edilib. Onun barəsindəki başqa yerə getməmək qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunub.

İttihama görə, Nəcib Osmanov 2021-ci ilin mayından 2022-ci ilin fevral ayına qədər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti internet üzərindən mərc və qumar oyunlarına yönəldib. Ödəniş tapşırıqlarını səfirə möhürlətdirib təsdiqlətdirdikdən sonra vəsaitləri bankdan çıxarıb. Lakin həmin pullar təyinatı üzrə xərclənməyərək mərc oyunlarına yönləndirilib.

Sabiq attaşeyə qarşı külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı kimi ittihamlar irəli sürülüb. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Sabiq attaşe özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu deyib. O, mərc oyunlarının aludəçisi olduğu üçün bu yola əl atdığını bildirib.

Zərərçəkmiş qismində Xarici İşlər Nazirliyi tanınıb.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …