Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Səfirlik Rusiyada qəzaya düşən azərbaycanlılarla bağlı açıqlama yaydı

Səfirlik Rusiyada qəzaya düşən azərbaycanlılarla bağlı açıqlama yaydı

Cari ilin 4 noyabr tarixində Rusiyanın Stavropol diyarı ərazisində Rostov-Bakı marşrutu ilə hərəkət edən və soydaşlarımızı daşıyan nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib ki, səfirliyə bu haqda məlumat daxil olan kimi, dərhal yerli polis orqanı, səhiyyə ocağı və Rusiya xarici işlər nazirliyinin Mineralnıye vodı şəhərindəki nümayəndəliyi ilə operativ əlaqə saxlanılıb.

Sözügedən qurumların verdiyi məlumata əsasən, qəza nəticəsində 8 nəfər soydaşımız müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlardan iki nəfər: Babaşah Həşimovun və Şəhla Abdullayevanın vəziyyəti ağırdır, onlar reanimasiya şöbələrinə yerləşdirilib və həkim nəzarətindədirlər.

Bundan əlavə, yerli diaspor üzvləri ilə də əlaqə saxlanılaraq soydaşlarımıza bütün lazımi köməkliyin göstərilməsi və əlavə yardıma ehtiyac yarandığı təqdirdə Səfirliyə məlumat verilməsi xahiş edilib.

Qeyd edilib ki, hadisənin baş vermə səbəblərinin araşdırılması, yaralı həmvətənlərimizin vəziyyəti, onlara zəruri köməkliyin göstərilməsi Səfirliyin diqqət mərkəzindədir.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …