Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Sədərək gömrüyündə insident – Qardaşla bacı həbs edildi (VİDEO)

Sədərək gömrüyündə insident – Qardaşla bacı həbs edildi (VİDEO)

Mayın 21-də Azərbaycanın Türkiyə ilə quru sərhəddindəki Sədərək Gömrük Keçid Məntəqəsində insident olub. AZINFORUM.AZ-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Şərur rayon sakini, 1983-cü il təvəllüdlü Ş.Abbasov həyat yoldaşı və bacısı ilə birlikdə Türkiyədən Naxçıvana qayıdarkən gömrükçülərlə dava edib.

Belə ki, Gömrük Keçid Məntəqəsinin əməkdaşları Ş.Abbasova qanunla icazə veriləndən artıq ərzaq məhsulları gətirdiklərini bildirərək həmin yükü buraxa bilməyəcəklərini deyiblər. Bundan sonra Ş.Abbasov və bacısı etiraz edib, gömrükçülərin onların çantalarını açmasına imkan verməyərək müqavimət göstəriblər. Sərhədçilərin müdaxiləsindən sonra hər iki şəxs xidməti otağa aparılıb.

Ş.Abbasov və bacısı barəsində İnzibati Xətalar Məcəlləsinin 535.2-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib. Saxlanılan bacı və qardaşı Sədərək Rayon Məhkəməsinə göndərilib. Rayon Məhkəməsinin qərarı ilə 39 yaşlı Ş. Abbasova 30, bacısına isə 25 sutka həbs cəzası verilib.

AZINFORUM.AZ xatırladır ki, sözügedən olayın videogörüntüləri sosial şəbəkələrdə paylaşılmışdı.

https://youtube.com/watch?v=F8xVAtCMVe4%3Frel%3D1%26wmode%3Dtransparent

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …