Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Sərxoş azərbaycanlı təyyarədə dava saldı – Fotolar

Sərxoş azərbaycanlı təyyarədə dava saldı – Fotolar

Martın 11-də “Orenburq” hava limanında Moskvaya uçan təyyarədə azərbaycanlının iştirakı ilə xoşagəlməz hadisə yaşanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Dumasının Orenburq vilayətindən olan millət vəkili Yuriy Mişeryakov instaqram hesabında məlumat yayıb.

Vilayət mərkəzinin keçmiş merinin sözlərinə görə, sərxoş Azərbaycan vətəndaşı təyyarə uçmağa hazırlaşarkən göyərtədə dava salıb.

“Polis və sərnişinlərin köməyi ilə davakar şəxs təyyarədən endirilib. Uçuş təhlükəsiz şəraitdə davam edib”, – deyə o, bildirib.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …