Şənbə , İyun 25 2022
Ana səhifə / Kriminal / Şəmkirdə ölən iş adamı ilə bağlı yeni faktlar: polisin SƏS YAZISI yayıldı

Şəmkirdə ölən iş adamı ilə bağlı yeni faktlar: polisin SƏS YAZISI yayıldı

Ötən ay Şəmkirdə iş adamı Arzu Cabbarov damarlarının kəsilməsi nəticəsində aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

A.Cabbarov xəstəxanaya gətirilərkən yolda yaxın qohumlarına göndərdiyi səsli mesajda – “məni doğradılar, qolumu kəsdilər, xəstəxanaya aparırlar, tez özünüzü çatdırın” deyib.

Səs qeydi qohumlar tərəfindən sosial şəbəkələrdə yayıldıqdan bir saat sonra Daxili İşlər Nazirliyi məlumat yayıb. A.Cabbarovun tanışı olan bir qadının evində onunla mübahisə edərkən şüşəni sındırdığı və mərhumun öz qolunu kəsməklə intihar etdiyi bildirilib.
Ancaq Cabbarovun ailəsi və yaxın qohumları onun polislər tərəfindən şantaj olunduğunu bildirirlər, ölümünə səbəbkar kimi polisləri görürlər.

Bu faktı A. Cabbarovun evində qətl edildiyi iddia edilən qadın Yeganə Yusifova da təsdiqləyir.

O bildirib ki, Cabbarov öz qolunu özü kəsməyib, polislərdən biri şüşəni iş adamın qol büküyünə israrla çəkdikdən sonra Cabbarovu qan aparıb. Bundan sonra Yeganə Yusifovanı da, özünün dediyinə görə, polisə aparıb, bir həftə saxlayıblar və ona həqiqəti əks etdirməyən ifadələrə imza atdırıblar. Eyni zamanda, Yusifovanın guya Cabbarov tərəfindən döyüldüyü iddia olunub və bu iddianı təsdiqləmək üçün, ona yenidən xəsarət yetirib, ekspertiza rəyi alıblar. Yusifova üç polis əməkdaşının adını çəkir – polis rəisinin müavini, polkovnik leytenant Bayram İsmayılov, Feyruz İbrahimov və Etibar Yaqubov. Yusifovanın sözlərinə görə, ona yalan ifadələr verdirdikdən sonra polislər ona heç kimlə ünsiyyət etməməsini, ifadəsini dəyişməməsini tapşırıblar.

Yusifova dediklərinin bir qismini təsdiqləyən səs yazılarını Toplum TV-yə təqdim edib.

O səs yazılarının Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları Feyruz İbrahimov və Etibar Yaqubova aid olduğunu iddia edir.
Səs yazılarında danışan şəxslər Y. Yusifovaya sirlərini saxlamağı, susmağı söyləyirlər.


https://www.youtube.com/embed/YK34Lcwp3jE

Həmçinin oxuyun

“Mənə dedi ki, sənin yerinə arvadınla yatıram” – Bakıdakı dəhşətli QƏTLİN TƏFƏRRÜATLARI

Bakıda arvadını və qayınanasını qətlə yetirib daha sonra meyitlərini yandırmaqda təqsirləndirilən Vaqif Hüseynovun cinayət işi …