Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Kriminal / Şəmkirdə ev yandı – Ölən və yaralananlar var

Şəmkirdə ev yandı – Ölən və yaralananlar var

Şəmkirdə yaşayış evində yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Ələsgərli kəndində baş verib.

Üç otaqlı evin yanması nəticəsində bir qadın yanaraq ölüb, iki nəfər, 1978-ci il təvəllüdlü Əhmədov Zöhrab və onun övladı, 8 yaşlı Rüstəm yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin ağır olduğu bildirilir. 

Hazırda Şəmkir rayon Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub. 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …