Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Kriminal / Şəmkirdə ağır qəza – 2 ölü, 4 yaralı + Yenilənib

Şəmkirdə ağır qəza – 2 ölü, 4 yaralı + Yenilənib

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” nun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində Çaparlı kəndindən olan iki nəfər – 33 yaşlı Həsənov Əli Mürsəl oğlu, 35 yaşlı Aslanov Elməddin Mehbalı oğlu dünyalarını dəyişib. Dörd nəfər isə xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

*** 

Yaralılar: 1998-ci il təvəllüdlü Həsənov Elvin Bayram oğlu, 1984-cü il təvəllüdlü Ağalarov Şahin Əbülfəz oğlu, 1998-ci il təvəllüdlü Əsgərov Anar Mirzə oğlu, 1998-ci il təvəlüldlü Mərdanov Fərid Arzu oğlu.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …