Şənbə , Dekabr 5 2020
Ana səhifə / Kriminal / Şəkidə DƏHŞƏT: Oğul 68 yaşlı anasını döyüb, xəstəxanalıq etdi

Şəkidə DƏHŞƏT: Oğul 68 yaşlı anasını döyüb, xəstəxanalıq etdi

Şəkidə 39 yaşlı oğul 68 yaşlı anasını döyüb. 

Azinforum.az Report-a istinadən xəbər verir ki, hadisə Şəki şəhəri, 23-cü rayon Y. Süleymanov küçəsi ev 21 ünvanında baş verib. 

Belə ki, həmin ünvanda yaşayan, 1980-cı il təvəllüdlü Fariz Lütvəli oğlu Hacıəsədov içkili vəziyyətdə anası 1951-ci il təvəllüdlü Qəndab Ənvər qızı Hacıəsadova ilə mübahisə edib. Mübahisə zamanı F.Hacıəsədov 68 yaşlı anasını döyüb. Hadisə yerinə çağrılmış Təcili Yardım Stansiyasının əməkdaşları Q. Hacıəsədovaya yumşaq toxumaların əziyi və sağ göz altının siyanazu dioqnozu qoyub.

Q.Hacıəsadovanın digər oğlunun  verdiyi məlumata görə, subay və anası ilə birgə yaşayan qardaşı Fariz içki audəçisir. Onun anasını döyməsi faktı bir-neçə dəfə təkrar olunub. Ailə hadisə ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinə (ŞRPŞ) məlumat verib. 

Fakt Şəki ŞRPŞ-i tərəfindən araşdırılır. 

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …