Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Şəhid ailələrinə edilən yardım artırıla bilər – 30 min manat

Şəhid ailələrinə edilən yardım artırıla bilər – 30 min manat

“Şəhid ailələrinə dövlət tərəfindən nəzərdə tutulan 11 min manat yardım 30 min manata qaldırılmalıdır”.

Bunu AzNews.az-a açıqlamasında millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Onun sözlərinə görə, şəhid ailələrinə yardım üçün nəzərdə tutulan birdəfəlik 10 min manatlıq yardım çox azdır: “Bundan əlavə, şəhid ailələrinin mənzil problemi var, bunu həll etmək lazımdır. Bu barədə prezident qərar verib. Məsələ diqqət mərkəzindədir. Amma görürsən ki, arada kimsə, nəsə diqqətdən kənar qalır. Şəhidlərin ailələrinin problemi olmamalıdır. Çünki onlar torpaq, vətən uğrunda şəhid olublar. Onların yadigarlarının problemlərini həll etmək də bizim öhdəmizdədir”.

Deputat hesab edir ki, şəhid ailələrinə verilən yardımlar, birdəfəlik müavinət kimi məsələlərin yenidən baxılmasına ehtiyac var: “Müəyyən məsələlər var ki, bunlar öz həllini tapmalıdır. Şəhid ailələrinə daha dərindən diqqət etmək lazımdır”.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın