Çərşənbə axşamı , İyul 5 2022
Ana səhifə / Kriminal / Sədərək gömrüyündə insident – Qardaşla bacı həbs edildi (VİDEO)

Sədərək gömrüyündə insident – Qardaşla bacı həbs edildi (VİDEO)

Mayın 21-də Azərbaycanın Türkiyə ilə quru sərhəddindəki Sədərək Gömrük Keçid Məntəqəsində insident olub. AZINFORUM.AZ-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Şərur rayon sakini, 1983-cü il təvəllüdlü Ş.Abbasov həyat yoldaşı və bacısı ilə birlikdə Türkiyədən Naxçıvana qayıdarkən gömrükçülərlə dava edib.

Belə ki, Gömrük Keçid Məntəqəsinin əməkdaşları Ş.Abbasova qanunla icazə veriləndən artıq ərzaq məhsulları gətirdiklərini bildirərək həmin yükü buraxa bilməyəcəklərini deyiblər. Bundan sonra Ş.Abbasov və bacısı etiraz edib, gömrükçülərin onların çantalarını açmasına imkan verməyərək müqavimət göstəriblər. Sərhədçilərin müdaxiləsindən sonra hər iki şəxs xidməti otağa aparılıb.

Ş.Abbasov və bacısı barəsində İnzibati Xətalar Məcəlləsinin 535.2-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib. Saxlanılan bacı və qardaşı Sədərək Rayon Məhkəməsinə göndərilib. Rayon Məhkəməsinin qərarı ilə 39 yaşlı Ş. Abbasova 30, bacısına isə 25 sutka həbs cəzası verilib.

AZINFORUM.AZ xatırladır ki, sözügedən olayın videogörüntüləri sosial şəbəkələrdə paylaşılmışdı.

https://youtube.com/watch?v=F8xVAtCMVe4%3Frel%3D1%26wmode%3Dtransparent

Həmçinin oxuyun

Metroya balta ilə girən şəxs kimdir? – Açıqlama

Öz videosunu çəkərək sosial şəbəkələrdə paylaşan şəxs metroda balta ilə gəzdiyini deyərək əlindəki bağlamanı göstərib.Vətəndaşları …