Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Rza Zərrabın məhkəməsində yeni adlar

Rza Zərrabın məhkəməsində yeni adlar

Keçmiş polis rəisinin müavini bir çox gizlinlərin üstünü açıb

ABŞ-ın Nyu-York şəhərində milyarder Rza Zərrab və “Xalqbank” rəhbəri Hakan Atilla ilə bağlı məhkəmə prosesi davam edib. “ABŞ Hakan Atillaya qarşı” məhkəmə prosesinin 10-cü günündə Cohen adlı şahid ifadə verib.

Digər şahid ABŞ Maliyyə Nazirliyinə bağlı Maliyyə Cinayətləri Agentliyində çalışan Coşua Kirçenbaumun da iş üzrə ifadəsi dinlənilib.

Şahidlik edənlərdən biri isə gülənçi olan, keçmiş polis rəisi köməkçisi Hüseyn Qorxmaz olub. O, Türkiyədən necə qaçdığını və qaçarkən 17 dekabra aid sənədləri necə özü ilə apardığını danışıb. Adı açıqlanmayan digər şahid türkcə ifadə verib. O, Hakkari və İstanbulda Zərrabın şirkətində çalışdığını deyib. Əlavə edib ki, şirkətin çətiri altında üç qrup olub. Üçüncü qrupa sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan və Süleyman Aslan, ikinci qrupa sabiq daxili işlər naziri Müəmmar Gülər, birinci qrupa isə prezident Rəcəb Tayyib Ərdoğan rəhbərlik edib.

Qorxmaz eyni zamanda “Xalqbank”ın keçmiş müdiri Süleyman Aslan barəsində də Türkiyədə aparılan istintaq zamanı “rüşvət, sənədlərdə saxtakarlıq və qara pul yuma” iddialarının ortada olduğunu deyib. O, eyni zamanda “Süleyman Aslanın rüşvət alması ilə bağlı həddən artıq dəlil var” söyləyib.

Zərrab isə məhkəmə ifadəsində bildirib ki, həbsdə olduğu müddətdə bir türmə nəzarətçisinə təxminən 45 min dollar rüşvət verib. O, Türkiyədən digər məsrəfləri ilə birlikdə göndərilən pulla bu rüşvətin də ödəndiyini deyib. “45 min dollar qarşılığında bu nəzarətçi mənə spirtli içki gətirdi. Bir neçə dəfə də onun cib telefonundan istifadə etdim. Həyat yoldaşımla, qızımla görüntülü, Türkiyədəki bir vəkilimlə, bir dəfə də dayım və bacımla danışdım” demişdi.

Bundan başqa, Zərrab türmədə hər məhkum üçün ayrılan 300 dəqiqəlik telefon danışıq limiti bitəndən sonra digər məhkumların da dəqiqələrini pul qarşılığında aldığını və narkotik maddə olan sintetik marixuana içdiyini də qəbul etmişdi.Sərraf “bunun qanun qarşısında bir cinayət olduğunu bilmirdim. Türmə qaydası ola bilər” deyib.

Bu işin maqazin tərəfi isə R.Zərrabın həyat yoldaşı ilə bağlıdır. Türkiyə mediası onun qızı ilə birlikdə yaşadıqları dənizkənarı villadan köçdüklərini yazıb. İndi başda bəzi siyasətçilər olmaqla, bir çox tanınmışlar o villanın sökülməsini tələb edirlər. “Bizi Amerikada biabır edən adam” deyə haqqında danışdıqları iş adamının villası isə bir çox tikinti xətalarına görə əslində sökülməlidir. İndi hər kəs bu villanın söküləcəyini səbirsizliklə gözləyir.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …