Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Rza Rzayevlə məktəb direktoru arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb

Rza Rzayevlə məktəb direktoru arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb

Bakıda aktyor Rza Rzayevlə məktəb direktoru Tural Mirzəliyev arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə “Report”un sorğusuna cavabında bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, hazırda Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə aktyor Rza Rzayevin 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevi döyməsinə dair məlumatlar və görüntülər yayılıb.

Həmin görüntülər əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb, müvafiq ekspertizalar təyin edilib.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …