Çərşənbə axşamı , Aprel 23 2019
Ana səhifə / Kriminal / “Rütbəli şəxsin qohumu evimdən brilliantlarımı oğurladı”

“Rütbəli şəxsin qohumu evimdən brilliantlarımı oğurladı”

Aktrisa Çimnaz Sultanovanın evindən zinət əşyaları oğurlanıb. “Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Bizimləsən” proqramında məlumat verib. Aktrisa bir müddət bundan əvvəl tanınmış bir şəxsin onun mənzilindən qızıl- brilliantlarını götürdüyünü iddia edib:

“Böyük rütbəli şəxsin qardaşı qızı evimdə oğurluq edib, evimdəki qızıl və brilliantları götürüb. Bu zaman mən öldüm, yoxa çıxdım. İnsanları tanımaq olmur. O, boynuna alıb və mənə mesaj yazıb ki, bu haqda heç yerdə danışma. Söz verdi ki, iki ay ərzində 50 min manat qaytaracaq. Amma sonra hər yerdə məni “blok”a atdı. Tanınmış bir şəxsdir, şou-biznesdə hamı onu tanıyır”. 

Daha sonra Çimnaz Sultanova həmin xanımın vəzifəli qohumlarından istifadə edərək ona hədə-qorxu gəldiyini bildirib:

“Əzizim, sənə söz verdiyim üçün susurdum. Nə polisə müraciət etdim, nə də bu məsələni ictimailəşdirdim. Bu xanımın əmisi vəzifəli şəxsdir və hamımızı onunla qorxudur. Həmçinin bir millət vəkilinin də qohumudur, anası isə əməkdar incəsənət xadimidir. Şou-biznesdə çox insanlar var ki, onu gözəl tanıyır. Sözün əsl mənasında “moşennik”dir”. 

Həmçinin oxuyun

Azərbaycanlı kriminal avtoritet güllələnərək öldürülüb

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən müxtəlif cinayətlərə görə axtarışda olan kriminal avtoritet Rəsul MəmmədovRusiyada güllələnərək öldürülüb. “Report” …