Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Rüşvətə görə tutulan sabiq vəzifəli şəxsdən xəbər var

Rüşvətə görə tutulan sabiq vəzifəli şəxsdən xəbər var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdaş Rayon Şöbəsinin vəzifəli şəxsi Məharət Əhmədov barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası martın 15-nə təyin edilib.

Qeyd: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdaş Rayon Şöbəsində aztəminatlı ailələrə sosial yardımın verilməsi üçün rüşvət tələb edilməsi barədə daxil olan məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Mərkəzin vəzifəli şəxsləri Məharət Əhmədov, Qaraş Şahmuradov və Nigar Həsənovaya 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsi ilə ittiham verilib.

Məharət Əhmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərinə zidd olaraq vətəndaşa sosial yardım verilməsinə köməklik göstərilməsi müqabilində onun yaxın qohumundan rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Məharət Əhmədov və Qaraş Şahmuradovun hər birinə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Nigar Həsənova isə 4 il müddətinə azadlıqdan məhrum edilib və 2 il sınaq müddəti ilə cəzası şərti hesab olunub.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …