Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Rusiyanın Azərbaycanın bank sektorundakı əsas dayağı iflasa uğrayır – “Nikoil Bank” bazardan çıxa bilər

Rusiyanın Azərbaycanın bank sektorundakı əsas dayağı iflasa uğrayır – “Nikoil Bank” bazardan çıxa bilər

DİA.AZ: – “Nikoil Bank” QSC-nin Müşahidə Şurasında dəyişikliklər olub.

Məlumata görə, Şuranın üzvlərinin sayı 7-dən 5-ə endirilib. Bundan başqa, Şuraya yeni təyinatlar da var.

Beləliklə, İldar Muslimov, Sergey Mitirev və İvan Romanovskiy bankdakı fəaliyyətinə son qoyublar.

Müşahidə Şurasının yeni üzvü Roman Novikovdur.

Qeyd edək ki, Müşahidə Şurasının sədri İsgəndər Xəlilovdur. Marina Kuleşova, Aleksey Sazonov, Pavel Suxoruçkin Şuraya üzv olaraq fəaliyyətini davam etdirirlər.

Qeyd edək ki, İldar Muslimov “Uralsib” korporasiyasının İdarə Heyətinin sədridir. Sergey Miterev isə “Uralsib”in baş direktorunun müşaviridir. İvan Romanovskiy isə “LukOil” ASC-nin prezidenti Vahid Ələkbərovun köməkçisidir.

DİA.AZ xatırladır ki, bir neçə gün əvvəl sözügedən banka qarşı cəza tətbiq olundu və bankın 4 filialı qanunsuz valyuta alveri və həm də dolların satışını məqsədli şəkildə məhdudlaşdırma səbəbindən bağlandı.

İndi isə “Nikoil Bank”ın rəhbər heyətinə əl gəzdirilir. Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda isə deyilir ki, ümumiyyətlə sözügedən bankın lisenziyasının ləğvi belə yaxın vaxtlarda gündəmə gələ bilər: “Hələlik bu barədə müəyyən addımlar atılır və proses demək olar ki, başlayıb”.

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın