Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Rusiyalı iş adamı, silah baronu Mixail Xubutiyanın oğlu intihar edib

Rusiyalı iş adamı, silah baronu Mixail Xubutiyanın oğlu intihar edib

Moskvada Gürcüstan əsilli rusiyalı iş adamı Mixail Xubutiyanın oğlu Nikoloz intihar edib. Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, onun intiharının səbəbi məlum deyil.

Hadisə baş verən zaman Mixail Xubutiya Fransanın Sen-Trope şəhərində dincəlirmiş.

Qeyd edək ki, M.Xubutiya Rusaiyada tanınmış iş adamı və ictimai xadimdir. “Rusiyadakı Gürcülər İttifaqı”nın qurucusu və “Vahid Rusiya” Partiyasının üzvüdür. O, “Kolçuqa” şirkəti Direktorlar Şurasının və “Şatyor ticarət evi”nin sədri, Moskvanın mərkəzində yerləşən “Qonaq həyəti” sərgi kompleksinin sahibidir.

M.Xubutiya Rusiyada “silah baron”u adı ilə də məşhurdur.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …