Cümə axşamı , İyun 30 2022
Ana səhifə / Kriminal / Rusiyada yanğında prokurorla ailə üzvləri öldü – Fotolar+Video

Rusiyada yanğında prokurorla ailə üzvləri öldü – Fotolar+Video

Rusiyanın Krasnoyarsk diyarının Lesosibirsk şəhərində beşmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hadisə ötən gün axşam saatlarında binanın 3-cü mərtəbəsində qeydə alınıb.

Yanğın nəticəsində, 4-ü uşaq olmaqla 8 nəfər vəfat edib. Həlak olanlar Lesosibirsk şəhərinin prokuroru Vasili Fedortsov,onun həyat yoldaşı və iki uşağı, eləcə də prokurorun bacısı, əri və iki uşağıdır. 

Yanğına səbəb kimi ilkin variant olaraq qısa qapanma göstərilir.

Qeyd olunur ki, 36 yaşlı Fedortsov 2006-cı ildən prokurorluq orqanlarında fəaliyyət göstərirmiş. Bu ilin aprelində Lesosibirskə prokuror təyin edilibmiş.

Həmçinin oxuyun

Rüstəm Usubovun illər əvvəl MTN-də verdiyi sensasion İFADƏ

9 aydır ki, Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub-E.M) İstintaq …