Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Kriminal / Rusiyada təyyarəni qaçırıb Azərbaycana gətirmək istədi – VİDEO

Rusiyada təyyarəni qaçırıb Azərbaycana gətirmək istədi – VİDEO

Surqut-Moskva reysi ilə uçan təyyarəni qaçıran şəxs stüardessanı yanına çağıraraq, laynerin marşrutunu Azərbaycana doğru dəyişməsini istəyib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Rusiyanın ntv.ru saytı məlumat yayıb.

Bildirilib ki, Pavel Şapanov daha sonra fikrini dəyişərək, istiqamətin Əfqanıstana doğru dəyişməsini tələb edib.

Məlum olub ki, 41 yaşlı Şapanov Xantı-Mansi sakinidir, ailəli olub, daha sonra isə həyat yoldaşı onun spirtli içki qəbul etməsi və döyülmə səbəbindən ərindən boşanıb.

Bundan sonra, o, qohumlarının evinə köçüb və meşəbəyi işləyib. O, əvvəllər başqasının əmlakını məhv etdiyi üçün məhkum olunub.

Hadisə zamanı P.Şapanov içkili olub. Saxlanılma zamanı üzərində heç bir silah aşkarlanmayıb.

  • 23.01.201917:10

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …