Bazar , Oktyabr 25 2020
Ana səhifə / Kriminal / Rusiyada növbəti aviaqəza şoku – Bu dəfə 2 pilot öldü

Rusiyada növbəti aviaqəza şoku – Bu dəfə 2 pilot öldü

Rusiyanın Tomsk əyalətində vertolyot sərt eniş edib.

“Qafqazinfo” xəbər verir ki, Mi-8 vertolyotunun qəza enişi iki pilotun ölümünə, 4 nəfərin yaralanmasına səbəb olub.

Qeyd edək ki, son bir neçə ayda dünyada bir-birinin ardınca təyyarə və vertolyot qəzaları qeydə alınır. Təkcə ayın əvvəllərində Fransanın Karkes gölü yaxınlığında iki hərbi helikopter toqquşub (5 ölü), Yaponiya özünümüdafiə qüvvələrinə aid hərbi vertolyot, Tayvan sahillərində helikopter  (6 ölü), Braziliyada kiçik təyyarə (3ölü), ABŞ-ın Arizona ştatında helikopter (3 ölü) , Norveçin şimalında yerləşən Lofoten adaları yaxınlığında təyyarə (2 ölü) qəzaya düşüb. Son olaraq Rusiyada baş verən təyyarə qəzasında isə 71 nəfər dünyasını dəyişib.

 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …