Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Rusiyada musiqini bəyənməyən azərbaycanlı diceyi öldürdü

Rusiyada musiqini bəyənməyən azərbaycanlı diceyi öldürdü

Rusiyanın Leninqrad vilayətində yerləşən kafelərdən birində Azərbaycan vətəndaşı diceyi qətlə yetirib.

Virtualaz.org xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Mənbənin yazdığına görə, hadisəyə diceyin musiqini dəyişmək istəməməsi səbəb olub. Azərbaycanlı müştəri ondan musiqini dəyişməyi tələb etsə də, dicey musiqini dəyişməyib. Nəticədə müştəri bıçağı çıxararaq onu ürəyindən bıçaqlayıb. Yaralı təcili xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən şəxsin isə qaçıb gizləndiyi bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …