Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Kriminal / Rusiyada içində azərbaycanlıların da olduğu gəminin axtarışı dayandırılıb: “Sağ olmalarına ümid qalmayıb”

Rusiyada içində azərbaycanlıların da olduğu gəminin axtarışı dayandırılıb: “Sağ olmalarına ümid qalmayıb”

Yapon dənizində batan “Vostok” balıqçı gəmisinin axtarışları dayandırılıb.
Bu barədə RİA Novosti agentliyinə “Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib.
“Axtarış əməliyyatı yanvarın 25-dən 29-dək davam edib. Ekipaj üzvlərinin sağ tapılmasına ümid qalmayıb. Bu səbəbdən axtarış-xilasedici əməliyyatın fəal fazası dayandırılıb. Bundan sonra axtarışlar ərazidən keçən gəmilər vasitəsi ilə aparılacaq”, deyə nümayəndə bildirib.
“Vostok” balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı – Mübariz Hüseynov və Ruslan Əlizadə olub.

 

Həmçinin oxuyun

Keçmiş deputat həbs oluna bilər – Vaxt verildi

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib. Qaynarinfo-nun əldə etdiyi xəbər görə, yaxın günlərdə keçmiş …