Bazar ertəsi , May 10 2021
Ana səhifə / Kriminal / Rusiyada Damlanın oxuduğu toyda atəş açıldı, polis əməliyyat keçirdi – Video

Rusiyada Damlanın oxuduğu toyda atəş açıldı, polis əməliyyat keçirdi – Video

Rusiyanın Sankt-Peterburq şəhərində müğənni Damlanın çıxış etdiyi toya polis basqını olub.

“Qafqazinfo” xəbər verir ki, buna Belevski prospektində yerləşən restoranda havaya atəş açılması səbəb olub.

İnsident aprelin 10-da baş verib. Belə ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları toya daxil olaraq qonaqları saxlayıb.

Saxlanılanlar arasında Damlanın prodüseri Şamil də olub. O, sosial şəbəkədə paylaşım edərək səhər saat 5-ə qədər dindirildiyini, daha sonra sərbəst buraxıldığını bildirib. Prodüser, həmçinin basqın zamanı lentə aldığı görüntüləri də instaqram səhifəsində yerləşdirib.https://www.youtube.com/embed/4h40cC_UpaU

Həmçinin oxuyun

“Lotu Quli”ni Mübariz Mənsimovu öldürmək üçün Türkiyəyə gətirdilər…” – VİDEO

Son günlər qalmaqallı açıqlamaları ilə gündəmə gələn türkiyəli mafiya başçısı Sedat Peker “Youtube” sosial şəbəkəsində …