Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Kriminal / Rusiyada dəhşətli hadisə: dörd azərbaycanlı diri-diri yandı – VİDEO

Rusiyada dəhşətli hadisə: dörd azərbaycanlı diri-diri yandı – VİDEO

Bu gün səhər saatlarında Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda dəhşətli yanğın qeydə alınıb. 
Bununla bağlı Kirov vilayətinin istintaq komitəsi məlumat yayıb. 
Bildirilir ki, yanğın istixana kompleksində baş verib. Hadisə zamanı dörd nəfər yanaraq ölüb, bir nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb. Onun bədəninin 90 faizinin yanıb. Məlumata görə, ölənlərin hamısı azərbaycanlıdır. Onlar 1957, 1965, 1991 və 1996-cı il təvəllüdlü həmvətənlərimizdir. Onlardan biri istixananın sabiq rəhbəridir. 
2017-ci ildə istifadəyə verilən və ümumi sahəsi iki hektar olan kompleksdə ümumilikdə 20 işçi olub. 
Qəzanın səbəbləri və dəymiş zərərlə bağlı araşdırmalar aparılır. (oxu.az)

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …