Bazar , Sentyabr 22 2019
Ana səhifə / Kriminal / Rusiyada dəhşətli cinayət – Yeniyetmə ailəsinin bütün üzvlərini baltaladı – VİDEO

Rusiyada dəhşətli cinayət – Yeniyetmə ailəsinin bütün üzvlərini baltaladı – VİDEO

Rusiyada dəhşətli cinayət baş verib.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, Ulyanovov rayonu, Patrikeevo kəndində yaşayan bir ailənin 16 yaşlı oğlu doğmalarını balta ilə qətlə yetirib.
Belə ki, Timerlan Kamaletdinov balta ilə 66 yaşlı babasını, 69 yaşlı nənəsini, 42 yaşlı anasını və 4 yaşlı əkiz qardaş və bacısını qətlə yetirib. Daha sonra dostuna zəng vuraraq, ailəni öldürdüyünü və intihar edəcəyini bildirib.
Dostu ilə danışdıqdan sonra özünü evlərindən 500 metr məsafədə yerləşən mobil operator qülləsindən ataraq, canına qəsd edib.
Yaxınları və qonşuların bildiriblər ki, yeniyetmə əvvəldən qeyri-adi hərəkətləri ilə diqqət mrəkəzində olub. Lakin onun belə dəhşətli cinayət törətdiyini heç kim ağlına belə gətirməzdi.
Qeyd edək ki, oğlan dostuna bildirib ki, özünü öldürmək fikrinə çoxdan düşüb. Lakin ailəsi onu çox sevdikləri üçün onun ölümündən sonra əzab çəkəcəklər. Bu səbəbdən də, yeniyetmə onları öldürüb.

Həmçinin oxuyun

Bakıda Avropa Hərəkatı prezidentinin evi ikinci dəfə yandırıldı (VİDEO)

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının evi yenidən yanıb.Ramin Hacılı bu barədə sosial mediada məlumat yayıb.“Həmvətənlər, bu …