Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Rusiyada biznesmen deputatla xanımını öldürüb intihar etdi

Rusiyada biznesmen deputatla xanımını öldürüb intihar etdi

Rusiya Federasiyasının Rostov vilayəti Qanunvericilik Şurasının deputatı, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşevanı qətlə yetirən şəxsin kimliyi müəyyənləşdirilib.

“ Azinforum.az ” ın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, cütlüyü Rostovdan olan 38 yaşlı biznesmen Aleksandr Poluyan süngü ilə öldürüb. Alabuşevlər başlarından aldıqları zərbə nəticəsində vəfat ediblər. Daha sonra Poluyan evin ikinci mərtəbəsinə çıxaraq intihar edib. 

Mərkəzi İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko faktı təsdiqləyib.

Cinayətin şəxsi düşmən münasibətləri zəminində törədildiyi ehtimal olunur.

Xatırladaq ki, Andrey Alabuşevlə həyat yoldaşı Olqa Alabuşevanın meyitləri ötən gün Zernoqraddakı mənzillərində aşkarlanıb.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …