Şənbə , Yanvar 23 2021
Ana səhifə / Kriminal / Rusiyada azərbaycanlıların iştirakı ilə atışma – Ölən və yaralananlar var

Rusiyada azərbaycanlıların iştirakı ilə atışma – Ölən və yaralananlar var

Rusiyanın Volqoqrad şəhərində atışma zamanı 1 nəfər ölüb, ikisi azərbaycanlı olmaqla, 3 nəfər ağır yaralanıb.

“ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, insident şəhərin Krasnoarmeyski küçəsində fəaliyyət göstərən kafelərdən birində baş verib.

Məlumata görə, öldürülən şəxsin milliyyətinin rus, yaralananlardan birinin – çeçen, digər iki nəfərin isə azərbaycanlı qardaşlar olduğu bildirilir.

Qafqazlı olduğu bildirilən silahlı şəxslər hadisə yerindən iki avtomobillə uzaqlaşıblar. “İnfiniti” və “Lada Priora” markalı avtomobillərin axtarışı və saxlanılması istiqamətində əməliyyat aparılır.

Bəzi məlumatlara görə, hücum edən şəxslər artıq saxlanılıb.

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …