Çərşənbə , İyun 29 2022
Ana səhifə / Kriminal / Rusiyada azərbaycanlılar qəzaya düşdülər – 2 ölü, 8 yaralı

Rusiyada azərbaycanlılar qəzaya düşdülər – 2 ölü, 8 yaralı

Dağıstanın Qayakənd rayonunun “Kavkaz” federal avtomobil yolunda “Lada Qranta” və “Hyundai Solaris” markalı avtomobillər Azərbaycan dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 8 nəfər ağır yaralı olaraq Qayakənd xəstəxanasına yerləşdirilib.

Ölənlər 1993-cü il təvəllüdlü Axtın və 1994-cü il təvəllüdlü Qayakənd sakinləridir. 

Məlumata görə, yaralılar arasında üç Azərbaycan vətəndaşı da var.

Hadisə şahidlərinin sözlərinə görə, qəzanı “Hyundai Solaris”in sürücüsü törədib.

***

Dağıstan Daxili İşlər Nazirliyi qəza ilə bağlı açıqlama yayıb.

Bildirilir ki, dünən saat 21:30 radələrində baş verən qəza zamanı “Hyundai Solaris” markalı avtomobili Yeni Qayakənd rayonunun 51 yaşlı sakini idarə edirmiş. O, qarşı zolağa çıxaraq Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz Sprinter” markalı mikroavtobusla toqquşub. Sonuncu isə daha sonra “VAZ-219010” ilə toqquşub.

Məlumata görə, VAZ” ilə “Hyundai” markalı avtomobillərin sürücüləri hadisə yerindəcə ölüb.

Faktla bağlı cinayət işi açılıb. 

Həmçinin oxuyun

Bakıda gənc oğlan “İnstagram” işlədən arvadına xəsarət yetirdi – TƏFƏRRÜAT

Bakının Xətai rayonunda 1988-ci il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində arvadı Bahara (adlar şərti verilib …