Cümə , Aprel 19 2019
Ana səhifə / Kriminal / Rusiyada Azərbaycandan olan cinayətkar qruplaşmalar arasında atışma olub

Rusiyada Azərbaycandan olan cinayətkar qruplaşmalar arasında atışma olub

Rusiyanın Yamal-Nen muxtar vilayətinin Nadım rayonunda Azərbaycandan olan mütəşəkkil cinayətkar qruplaşmalarının nümayəndələri arasında atışma baş verib.
Belə ki, dekabrın 1-də baş vermiş atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır yaralıdır və reanimasiyadadır.
Ölən şəxsin mütəşəkkil qruplaşmalardan birinin lideri olduğu bildirilir. “Razborka”nın səbəbi biznesin bölüşdürülməsi üstündə yaranan münaqişədir.
Nadım rayonu üzrə daxili işlər idarəsindən bildiriblər ki, şəxsi heyət həyacan siqnalı ilə qaldırılıb. Atışmanın iştirakçılarının yaxalanması üçün genişmiqyaslı axtarış tədbirləri həyata keçirilir, habelə şahidlər dindirilir, atışma iştirakçılarının kimliklərinin müəyyən olunması üçün istintaq aparılır.
(Virtualaz.org)

Həmçinin oxuyun

Eldar Mahmudovun əmisi oğlunun cinayət işi məhkəməyə göndərilib

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə ibtidai …