Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Kriminal / Rusiyada Azərbaycan vətəndaşına travmatik silahdan atəş açıldı

Rusiyada Azərbaycan vətəndaşına travmatik silahdan atəş açıldı

Rusiyanın Vladivostok şəhərində kütləvi dava baş verib və nəticədə, Azərbaycan vətəndaşı travmatik silahdan açılmış atəşlə yaralanıb.

Virtualaz.org “Novosti Vladivostoka” nəşrinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində travmatik tapança gilizləri aşkarlayıblar. Xəsarət almış 3 nəfər xəstəxanaya çatdırılıb. Ən çox xəsarət isə Azərbaycan vətəndaşında qeydə alınıb – ona döş qəfəsinin və kürəyin yaralanması diaqnozu qoyulub.

Baş vermiş hadisə ilə əlaqədar araışdırma aparılır, travmatik silahın sahibi müəyyənləşdirilir.

Həmçinin oxuyun

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb. …