Cümə , Dekabr 1 2023
Ana səhifə / Kriminal / Rusiyada 36 yaşlı azərbaycanlı iş adamı qətlə yetirildi

Rusiyada 36 yaşlı azərbaycanlı iş adamı qətlə yetirildi

Hücumdan sonra Tağıyevi qardaşı xilas etməyə çalışıb.

Virtualaz.org “RenTV”yə istinadən xəbər verir ki, o, üzündən və ayağından güllə yaraları almış iş adamını xəstəxanaya çatdırıb.

Şahidlərin bildirdiyinə görə, hadisə yerində dörd ədəd 9 millimetrlik giliz və güllə aşkarlanıb. Maşının korpusunda yeddi güllə izi tapılıb.

*   *   *11:25

Moskva vilayətinin Vidnoye şəhərində dünən axşam öz avtomobilin salonunda yaralı kişi aşkar edilib.

Virtualaz.org “RenTV”yə istinadən xəbər verir ki, 36 yaşlı sürücü üç güllə yarası alıb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Sonradan məlum olub ki, güllələnən azərbaycanlı iş adamı Toğrul Tağıyevdir.

İlkin məlumatlara görə, daha əvvəl də Tağıyevə sui-qəsd olunubmuş.

Hadisənin təfərrüatları araşdırılır.

Həmçinin oxuyun

Keçmiş məktəb direktoru məhkəmə zalında həbs olundu

Dövlət ittihamçısının kassasiya protesti əsasında rüşvətalmada təqsirləndirilən Kəlbəcər rayonu 3 saylı tam orta məktəbinin keçmiş …