Ana səhifə / Kriminal / Rusiyada 15 nəfərin öldüyü kafenin azərbaycanlı sahibinin həbs müddəti uzadılıb

Rusiyada 15 nəfərin öldüyü kafenin azərbaycanlı sahibinin həbs müddəti uzadılıb

Moskvanın Basmannıy Rayon Məhkəməsi yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə saxlanılan Kostroma Dövlət Dumasının Vahid Rusiya Partiyasından deputatı İxtiyar Mirzəyevin həbs müddətini uzadıb.

Məhkəmə Mirzəyevin barəsində həbs qətimkan tədbirinin daha üç ay müddətinə, aprelin 5-i tarixinədək uzadılması haqqında qərar qəbul edib.

Qeyd edək ki, İxtiyar Mirzəyevin sahibi olduğu “Poliqon” gecə klubunda noyabrın 5-də baş vermiş yanğında 15 nəfər ölüb.

Mirzəyev noyabrın 7-də Vahid Rusiya Partiyasının ali şurasına müraciət edərək bu təşkilatda üzvlüyünün dayandırılmasını xahiş edib.

Təqsiri sübut olunacağı təqdirdə azərbaycanlı deputatı 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. APA

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …