Ana səhifə / Kriminal / Rusiya səfiri: “Azərbaycan bütün Rusiya turistlərini qəbul edə bilməz”

Rusiya səfiri: “Azərbaycan bütün Rusiya turistlərini qəbul edə bilməz”

“Rusiya Federasiyasının Azərbaycandakı səfiri kimi indiyə qədər Türkiyəyə yollanan 4 milyon Rusiya turistinin Azərbaycana gəlməsi səbəbindən ən xoşbəxt adam olardım”.

Virtualaz.org saytı xəbər verir ki. bunu “Komsomolskaya pravda” qəzetinə müsahibəsində Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin deyib.

“Məmnuniyyətlə deyə bilərəm ki, Rusiya turistlərinin Azərbaycana marağı artır”, – səfir deyib.

Onun sözlərinə görə, Azərbaycanın qarşısında bu şansdan istifadə etmək imkanı yaranıb.

“Turizmin inkişafı üçün Azərbaycanda perspektivlər var və ölkə bu istiqaməti prioritetlərindən biri elan edib. Lakin bir var bəyan edəsən, bir də var turizm biznesini yaradasan. Bu, çox böyük işdir. Realist olmaq lazımdır. Respublikada turizmə böyük diqqət ayrılsa da, dənizdə, dağda turizm obyektləri yaransa da, bu gün Azərbaycan milyonlarla rusiyalı turisti qəbul edə bilməz”, – Doroxin sözlərini belə bitirib.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın