Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Kriminal / Rusiya Ordusunun erməni zabiti azərbaycanlını qətlə yetirdi – Video

Rusiya Ordusunun erməni zabiti azərbaycanlını qətlə yetirdi – Video

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Kiyev də daxil olmaqla, bütün vilayətlər Rusiya Ordusunun hava hücumlarına məruz qalıb.

“Hücumların əksəriyyətinin qarşısı hava hücumundan müdafiə sistemi tərəfindən alınsa da, Xerson, Xarkov, Donetsk, o cümlədən Çerniqov vilayətində ciddi dağıntıların olduğu bildirilir”, – deyə jurnalist əlavə edib.

M.Aslanovun sözlərinə görə, son bir həftədə Donetsk və Xarkov vilayətlərində quru döyüşləri daha da şiddətlənib.

O, bir ay əvvəl Zaporojyedə öldürülən həmyerlimiz barədə təfərrüatı da açıqlayıb:

“Hadisə Ukraynanın nəzarətində olan Vasilyevkadakı kəndlərinin birində baş verib. Birinci Qarabağ müharibəsi iştirakçısı olan Eldəniz Ukraynaya köçdükdən sonra bu ölkənin vətəndaşlığını qəbul edib. Yaşadığı ərazi Rusiyanın nəzarətinə keçdikdən sonra Karen adlı erməni zabit tərəfindən döyülərək öldürülüb”.

Ətraflı videonu təqdim edirik:

Həmçinin oxuyun

“Bəziləri at kimi üzümə durur, hamı burada pul qazanıb” – Generalın məhkəməsi

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi …