Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Kriminal / Rusiya itkin düşən azərbaycanlıları təyyarə ilə axtarır

Rusiya itkin düşən azərbaycanlıları təyyarə ilə axtarır

Yapon dənizində itkin düşən “Vostok” (“Şərq”) balıqçı gəmisinin ekipajı yalnız Rusiya vətəndaşlarından ibarətdir.

Azvision.az xəbər verir ki, Vladivostok dəniz-koordinasiya xilasetmə mərkəzinin nümayəndəsi bildirib.

“Heyət yalnız Rusiya vətəndaşlarından ibarətdir. Xarici ölkə vətəndaşları barədə məlumat yoxdur”.

Onun sözlərinə görə, bu gün nə gəmi, nə də balıqçıları tapmaq mümkün olub. Hadisə yerində “Be-200” təyyarəsi, “Fesco” gəmisi işləyir. İki helikopter isə ərazidə uçuşlar həyata keçirib. Ən qısa zamanda xilasetmə gəmisinin yaxınlaşması gözlənilir.

Qeyd edək ki, Rusiyaya məxsus “Vostok” balıqçı gəmisi Yapon dənizinin Primorski vilayəti sahillərində itkin düşüb. Gəminin göyərtəsində 21 nəfər olub. İtkin düşən şəxslərdən ikisi Rusiya vətəndaşı olan azərbaycanlı matros Mübariz Hüseynov və Ruslan Əlizadədir.

***10:06

“Hazırda Azərbaycanın Yaponiyadakı səfirliyi Yapon dənizində itkin düşmüş Rusiyaya məxsus “Vostok” balıqçı gəmisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır”.

Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildiirib, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. (APA)

Qeyd edək ki, ötən gecə Rusiyanın Primorye diyarında 21 heyət üzvünün olduğu balıqçı gəmisi yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşları ilə yanaşı, əcnəbilərin olduğu da deyilir. İtkin düşənlərin arasında azərbaycanlılar da olub.

Hazırda axtarışlar davam etdirilir.

Həmçinin oxuyun

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb. …