Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / «Rusiya bazarlarına bağlanan ümidlər puç olub»

«Rusiya bazarlarına bağlanan ümidlər puç olub»

«Rusiya bazarlarına bağlanan ümidlər puç olub. Son 3 ildə bu ölkə ilə ticarətdən itkilərimiz sürətlə böyüyüb».

Bunu iqtisadçı Nemət Əliyev bildirir.

Onun deməsinə görə, Azərbaycan Rusiya bazarlarına bu ilin yanvar-may aylarında cəmi 130 milyon dollarlıq mal sata bilib:

«Halbuki həmin dövrdə dəfələrlə kiçik olan Azərbaycan bazarlarına Rusiya 610 milyon dollarlıq malını sata bilib. Odur ki, Rusiya ilə 5 aylıq ticarətdən 480 milyon dollar həcmində valyuta itkimiz yaranıb. 2013, 2014 və 2015-cü illərin yanvar-mayında Rusiya bazarlarına uyğun olaraq 540 milyon, 240 milyon və 140 milyon dollarlıq mal satmışdıq»

Nemət Əliyev bildirir ki, son 3 ildə Rusiya bazarlarına mal satışının həcmi 4 dəfə azalıb. Nəticədə bu ölkə ilə ticarətdən Azərbaycanın valyuta itkiləri 6 dəfə artıb.

«Qarşılıqlı ticarət əlaqələrindən irəli düşən Rusiya olub»

«Bu il MDB ölkələri ilə 5 aylıq ticarətdən valyuta itkilərimiz 555 milyon dollar olub. Bunun da 86 faizindən çoxu Rusiya ilə ticarətin payına düşüb» – deyə iqtisadçı bildirir.

Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 1,9 milyard dollar təşkil edib. Azərbaycanda 600-ə yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın